Ukraynada müharibə davam edir.
Ötən gecə Rusiya ordusu Xəzər dənizindən raket hücumuna keçib:
“Hücum nəticəsində Xerson, Nikolayev, Krivoy Roq şəhəri ciddi dağıntılara məruz qalıb. Krivoy Roq şəhərində beşmərtəbəli yaşayış binası tamamilə məhv edilib. Ölən və yaralananların olduğu bildirilir”.
Ukraynanın əks-hücum əməliyyatları isə əsasən Zaporojye vilayətində həyata keçirilir.