“Reuters” xəbər agentliyi məlumatlı mənbələrə istinadən xəbər yayıb ki, Rusiyanın Suriyadakı bəzi bölgələrdən çəkilməsi Suriyanı tərk etmək demək deyil.
Reuters xəbər agentliyi adının çəkilməsini istəməyən 4 Suriya rəsmisinə istinadla yazıb: Rusiya Suriyanın şimalında və Ələvi dağlarında cəbhə xəttindən geri çəkilir, lakin bu ölkədəki iki əsas bazasını tərk etməyib.
Reuters Hafiz Əsəd və oğlu Bəşər Əsədin hakimiyyəti dövründə Rusiya və Suriya arasında strateji müttəfiqliyə toxunaraq, Latakiyadakı Hmeymim aviabazasının və Tartus dəniz bazasının gələcəyini qeyri-müəyyənlik aurasında qiymətləndirib.
Moskva beynəlxalq terrorizmə qarşı səylərini davam etdirmək üçün Suriyadakı iki bazasını saxlamağa ümid etdiyini açıqlayıb.
Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov cümə axşamı bildirib ki, Suriya müxalifətinin ən mühüm qrupu olan Heyət Təhrir əş-Şamın siyasi komitəsi ilə təmaslar konstruktiv şəkildə gedir.
Suriyada silahlı qruplar Bəşər Əsədi hakimiyyətdən devirmək məqsədi ilə 27 Noyabr 2024-cü il Hələbin şimal-qərb, qərb və cənub-qərb bölgələrində əməliyyatlara başlayıblar və nəhayət, on bir gündən sonra Dəməşq şəhərinə nəzarət etdiklərini və Bəşər Əsədin ölkədən getdiyini bəyan etdilər.
Qafqaztimes
Al-alam