Reuters Agentliyi agah mənbələrə istinadən İsrail hücumlarına qarşı Livan müqavimətinin modern tunellərindəki vəziyyətdən söz açıb.
Əl Aləm telekanalının məlumatına əsasən, Reuters bu gün (26 sentyabr) 3 etibarlı mənbəyə istinadən yazıb: Hizbullahın geniş imkanlara malik olan tunelləri, oradakı silah anbarları və digər hərbi təchizat həddən artıq möhkəmdir və İsrailin ehtimali hücumlarına müqavimət göstərə biləcək həddədir. İsrailin Livanda ağır terror əməliyyatlarına rəğmən Hizbullaha sadəcə xırda bir zərbə vurulmuş oldu. Çünki ABŞ Konqresinin məlumatına görə Hizbullahın 40-50 min hərbi qüvvəsi var.
Reutersin verdiyi xəbərə görə Livan müqavimətinin canlı qüvvəsi, təsəvvür olunmaz həddə sürəti olan raketləri Hizbullahın müharibə gücünü birəbeş artırır. Bundan əlavə, onların hələ geniş miyaslı müharibə məqsədləri də yoxdur.