Sionist rejim radiosu Ramullahın Eli qəsəbəsində daha 4 sionist hərbçinin öldüyünü elan edib
Əl Aləm telekanalının məlumatına əsasən, daha 7 sionist hərbçi yaralanaraq xəstəxanaya köçürülüb. Onlardan üçünün vəziyyəti ağır elan edilib.
Məlumatda həmçinin hadisənin Nablos və Ramullah arasında yerləşən İlli qəsəbəsinin girişində, bir benzin stansiyasında baş verdiyi deyilir.
Eli sionist qəsəbə sakinlərinə evlərindən çıxmaması barədə xəbərdarlıq edilib.
Qeyd edək ki, bu əməliyyatda Məhənd Şəhadə adlı fələstinli müqavimət üzvü şəhid olub.
Fələstin informasiya qaynaqları hadisədən bilafasilə sonra yaralıları xəstəxanaya köçürmək üçün sionistlərin helikopterlərlə Eli qəsəbə səmasında uçuşduğundan xəbər verirlər.
Qərb sahili xüsusiyyət təşkil etməklə işğal edilmiş ərazilərin hazırkı şəraiti olduqca özəldir. Fələstinli döyüşçülər hər bir vasitə ilə sionistlərin cinayətlərinə cavab verirlər. Bu məsələ qəsbkar sionistlər üçün özəl şərait yaradıb.
Bundan öncəyədək sionistlər yalnız işğal olunmuş ərazilərin cənubunda və Qəzzə bölgəsində fələstinlilərlə döyüşürdülər. İndi isə Fələstinin şərqində yerləşən İordan çayının qərb sahili, onun gənclərinin silahlanmalarına görə, qorxaq sionistlər üçün pusqu məkanına çevrilib.
