Suriya xarici işlər nazirliyinin miqrantlarla iş üzrə şöbəsinin məlumatına görə Dəməşq Ukraynanın Moskvaya dron hücumunu pisləyib.
Əl Aləm telekanalının məlumatına əsasən, Suriya XİN-i elan edib: Bu kimi rəftarlar NATO-nun Rusiya Federasiyasına qarşı təcavüzkarlığı və beynəlxalq təhülkəsizlyə təhdid kimi qəbul edilir.
Məlumatda həmçinin deyilir: Suriya Rusiya dostlarına dəstək məqsədini daşıyır, bu ölkənin cinayətkarlarla mübarizəsindəki bacarıqlarını alqışlayır, həmçinin öz vətən torpaqlarının mühafizəsində ən yaxşı tədbirlər görəcəyinə inanır.
Qeyd edək ki, bu gün səhər (31 may) Moskva şəhəri Ukrayna dronlarının hücumuna məruz qalıb. Rusiya müdafiə nazirliyinin məlumatına görə Kiyev daha 8 dronla Moskvanı hədəfə almağa çalışsa da havadan müdafiə sistemləri onları məhv edib.