QafqazTimes xəbər verir ki, İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi bu gün günortadan əvvəl əyalətlərə səfəri çərçivəsində Həmədandakı “Şəhid Noje” aviabazasını ziyarət edərkən, bu bazanın əməkdaşları ilə görüşdə deyib: “Bu gün hətta İran torpağına hücum fikri heç kimin zehnindən belə keçmir, çünki hamı İrana edilən ən kiçik hücumun, çox üzücü bir reaksiya ilə üzləşəcəyini bilir.”
Rəisi ölkənin müdafiə sənayesi sahəsində irəliləyişinin sanksiyaların zərərsizləşdirilməsinin nümunələrindən biri olduğunu vurğulayaraq deyib: “Bu gün ordu və SEPAH çətinliklərdə xalqın yanındadır və bu, bir iftixardır.”
Prezident Rəisi İran silahlı qüvvələrinin səyləri ilə ölkədə yüksək səviyyədə müdafiə gücünə nail olunmasına toxunaraq deyib: “Bu gün İslam Respublikasının qüdrəti sayəsində hətta İran ərazisini işğal etmək fikri belə heç kimin zehnindən keçmir.”
O, həmçinin bəyan edib: “Bu gün region xalqları İranın qüdrəti ilə fəxr edir və bu qüdrət sayəsində özlərini təhlükəsiz hiss edirlər.”