Misir rəsmiləri Qəzzəyə humanitar yardım aparan yük maşınlarının yenə sionist rejim tərəfindən Rəfəh keçidində dayandırıldığından xəbər verib.
Fars İnformasiya Agentliyinin CNN-ə istinadən veridyi məluma əsasən, bu gün (1 dekabr) Rəfəh keçidindən heç bir humanitar yükü keçməyib. Hətta atəşkəs zamanı Nitanzana stansiyasında təftiş edilən yüklər də elə orada qalıb.
CNN yazır: Humanitar yükü olan yüzlərlə maşın məntəqədə gözləyir, halbuki atəşkəs zamanı 200 yük maşınının Qəzzəyə keçməsinə razılıq verilmişdi.
Şahidlərin dediyinə görə bu gün səhər 7-də atəşkəs rejimi bitən an Rəfəh keçidi ərazisində partlayış səsləri eşidilib. Belə ki, Misir tərəfdə bu partlayışların titrəyişi hiss olunub.