Quldur dəstəsi puldaşıyan zirehli maşını ələ keçirməyə çalışıb.
Hadisə Çilidə baş verib. Avtomobillə yolu bağlayan quldur dəstəsi sürücünün üzərinə silah çəkərək maşını ələ keçirmək istəsə də, hadisə qarşısında özünü itirməyən sürücü sürəti artırıb. Nəticədə zirehli maşın quldurların maşınını sürücü qarışıq sürüyərək hadisə yerindən uzaqlaşıb.
İlkin məlumata görə, zirehli maşının içində dövlətə məxsus külli miqdarda pul vəsaiti olub. İnsidenti planlayan radikal dəstənin məqsədi pulları ələ keçirərək sürücünü məhv etmək olub.
Görüntülər zirehli maşının müşahidə kamerası vasitəsi ilə lentə alınıb.
Həmin videonu təqdim edirik.