Qüds batalyonları sözçüsü: Müqavimət dəstəkçiləri bizi bir an belə tərk etmədi
May 12, 2023
Qüds batalyonlarının mətbuat katibi deyib: Suriya, Livan Hizbullahı və İran başda olmaqla müqavimət dəstəkçiləri addımbaaddım bizim yanımızda idi.
Əl Aləm telekanalının məlumatına əsasən, İslami Sihad Hərəkatının hərbi batalyonları sözüçüsü Əbu Həmzə videoçıxışında deyib: Biz rəhbərlərimizin qanları və canları bahasına Fələstinin qələbəsi uğrunda səbir, fədakarlıq və möhkəm iradəsini qızıl xətlə yazırıq. Ötən 5 gün ərzində təcavüzkar rejimin cinayətləri qarşısında müqavimət onlara kəskin cavab idi.
Əbu Həmzə həmçinin vurğulayıb: Baş nazir Benyamin Netanyahu və əlaltıları rəhbərlərimizin qətli ilə özlərini qalib cilvələndirməsi faydasız idi. Çünki bizim bir deyil, onlarla fədakar alternativ komandirlərimiz var.
Əbu Həmzə Sərayal Qüdsün təklikdə sionist rejim təcavüzlərinə rəşadətlə cavab vermə imkanını vurğulayaraq deyib: Biz Tel Əviv və onun ətrafı, Beytül Müqəddəs və digər şəhərlərin ən ucqar nöqtələrinə belə sirayət edərək raket hücumları, modern texnika və hərbi təchizatımızla daxil olaraq düşməni məğlubiyyətə vadar etdik. Müqavimət dəstələrinin çevik reaksiyası və Əl Qisam batalyonları rəhbərləri sayəsində uğurlarımızı tarixə yazdıq.
Əbu Həmzə həmçinin söhbətinin sonunda müqavimətə dəstək zəminində Suriya, Livan Hizbullahı və İrana dərin minnətdarlığını elan edib.