Alimlər Qrenlandiya və Kanada arasında yoxa çıxmış yeni qitə aşkar ediblər.
Böyük Britaniyanın Derbi Universiteti və İsveçin Uppsala Universitetinin tədqiqatçıları bu barədə “Gondwana Research” jurnalında məqalə dərc ediblər.
Alimlər iki tektonik plitə arasında sərhədin keçdiyi Devis boğazında qeyri-adi xüsusiyyət – 19-24 kilometr qalınlığında qitə qabığı fraqmenti aşkar ediblər. Labrador dənizi ilə Baffin körfəzini birləşdirən bu boğaz paleogendə 33-61 milyon il əvvəl formalaşıb. Hazırda bu fraqmentin tam parçalanmamış və batmış mikroqitə olduğu hesab edilir.
Tədqiqatçılar bu xüsusiyyətin yaranmasına səbəb olan şəraiti müəyyən etmək üçün 30 milyon illik dövrü əhatə edən tektonik plitələrin hərəkətlərinin rekonstruksiyasını yaradıblar. Model göstərib ki, bu, həqiqətən də mikroqitədir.
Elm adamlarının sözlərinə görə, tədqiqatın nəticələri plitə tektonikası ilə əlaqəli təhlükələrin azaldılmasına və yeni resursların kəşfinə kömək edəcək.
1 şərh
I have read some excellent stuff here Definitely value bookmarking for revisiting I wonder how much effort you put to make the sort of excellent informative website