Moskvada Mixail Qorbaçovun keçmiş qonşusu Barbara Buşun 2003-cü ildə baş katibə göndərdiyi açıqcanı satır.
Məlumata görə, 2003-cü ildə Barbara Buşun Mixail Qorbaçova göndərdiyi açıqca qonşunun ünvanına çatdırılıb. Ailə məktubu özləri üçün saxlamağa qərar verib. Onlar uzun illər açıqcanı saxlayıblar, lakin ailənin başçısı M.Qorbaçovun ölümündən sonra məktubun satışı ilə bağlı elan verib.
Satıcı qiyməti 500 min rubl (təxminən 12 min manat – red.) təyin edib.