Moskvanın mərkəzindəki Komsomolskaya meydanında yerləşən gül anbarındakı yanğın nəticəsində ölənlərin sayı yeddi nəfərə çatıb. Bir nəfərin xəsarət aldığı bildirilir.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunur ki, doqquz saat davam edən yanğında ölənlərdən altısı rusiyalı, biri isə Tacikistan vətəndaşıdır.
Qeyd edək ki, Komsomolskaya meydanındakı gül anbarında yanğın yerli vaxtla 15:00 radələrində başlayıb. Xilasedicilər binadan 7 nəfəri təxliyə ediblər. Yanğın nəticəsində birinci və ikinci mərtəbələr arasında tavanlar qismən uçub.
Hazırda yanğın lokallaşdırılaraq söndürülüb.