Kuril adalarında yerləşən Ebeko vulkanı püskürərək 2,5 kilometr hündürlüyə kül atıb.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.
Xilasedicilərin sözlərinə görə, kül şleyfi cənub-şərq istiqamətində 5 kilometrdən çox məsafəyə yayılıb.
Vulkanın əhalinin həyatı üçün heç bir təhlükə törətmədiyi bildirilir.