Rusiyanın İrkutsk vilayətinin Anqarsk şəhərində səhər saatlarında neft-kimya şirkətinin texnoloji qurğusunda yanğın baş verib.
Yanğın nəticəsində dörd nəfər xəsarət alıb, onlardan biri kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib, iki nəfər həlak olub.
Faktla bağlı cinayət işi başladılıb. Hazırda müstəntiqlər hadisənin başvermə şəraitini araşdırırlar. Yanğının qarşısı alınıb.