QafqazTimes.com goldomania.com.ua-a istinadən xəbər verir: Qızılın qiyməti 1830-cu ildən 1933-cü ilə qədər demək olar ki, sabit olub: 1 troy unsiyası (31,1034768 qram) 20,67 ABŞ dolları. 1934-cü ildən bu günə qədər qızılın qiyməti sıçrayışla artıb. 1933-cü ildə ABŞ-da qızıl standartı ləğv edilib. 1 troy unsiyası 35 dollara qədər bahalaşıb və 1967-ci ilə qədər qiymət belə qalıb. 1971-ci ildə ABŞ prezidenti Riçard Nikson ABŞ dollarının qızıl təminatını ləğv edib, dollar adi kağıza çevrilib. O vaxta qədər dollları qızıl təminatına görə etibarlı sayan milyonçular birbaşa qızıla üz tutub. Sıçrayışla artan qiymət 1980-cı ildə 850 dollara çatıb. Sonrakı 20 ildə qiymət 271 dollara qədər azalıb. 2001-ci ildən başlayaraq qiymət yenidən bahalaşmağa başlayıb və 2008-ci ildə 1 troy unsiyası 1000 dollar olub. 2011-ci ildə qiymət qısa müddətə 1920 dollara qədər yüksəlib. 2012-2016-cıillərdə qızıl ucuzlaşıb. Hazırda 1 troy unsiyası təqribən 1980 dollardır. Sadə dillə desək, 1971-ci ildə 1 qram qızıl təqibən 1 dollar idisə, hazırda 1 qram qızıl 63 dollardır.
Qızıl haqqında nə bilirsən?
Əvvəlki yazı