İngiltərənin Ambry şirkəti Yəmən sularının 39 kilometrliyində yerləşən Moxa limanı yaxınlığında bir ticarət gəmisi ətrafında 2 partlayışın baş verməsindən xəbər verib.
İRNA-nın məlumatına əsasən, Reuters yazıb: Ambry şirkəti elan edib ki, bu gün (12 iyul) səhər saatlarında İsrail məqsədli bir ticarət gəmisinin ətrafına raket atıldı və bomba suda partladı. İkinci raket isə suya düşmədən öncə partladı.
Yəmən silahlı qüvvələri ötən aylarda da Qəzzə xalqına dəstək məqsədilə sionist rejim istiqamətində üzən bütün gəmilərə hücum edir, onların məqsədə çatmaması üçün çalışırlar. Yəmən Ənsarullah Hərəkatı bu hücumları Qəzzədə müharibə tam dayandırılana qədər davam edəcəyi barədə dəfələrlə xəbərdarlıq edib.
1 şərh
This post presents clear idea in support of the new
people of blogging, that genuinely how to do blogging and site-building.