QafqazTimes xəbər verir ki, Türkiyənin Camal Qaşıqçının qətlini törədənlərin qiyabi mühakimə işini bağlamaq və onu Səudiyyə Ərəbistanına təhvil vermək qərarı ən böyük müxalifət partiyasının lideri və Rəcəb Tayyib Ərdoğanın rəqibinin kəskin reaksiyasına səbəb olub.
Media mənbələrinin məlumatına görə, Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Qılıncdaroğlu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Camal Qaşıqçının terror işini Ərəbistana təhvil verdiyinə görə sərt tənqid edib.
Türkiyənin Minot saytının məlumatına görə, 73 yaşlı türkiyəli siyasətçi, Rəcəb Tayyib Ərdoğanın 2018-ci ildə Camal Qaşıqçını terror edənlərin işinin başqasına verilməsinin mümkünsüzlüyü ilə bağlı söylədiklərinə də işarə edib.
Qeyd edək ki, Aprel ayının 7-də Türkiyə hökumətinin Səudiyyə Ərəbistanı ilə münasibətlərini yaxşılaşdırmaq üçün atdığı addımlar barədə məlumatların yayılmasından sonra İstanbul məhkəməsi Qaşıqçının qatillərinin qiyabi mühakiməsinin dayandırılmasına və işin Səudiyyə məhkəmələrinə təhvil verilməsinə qərar verdi.