Qazaxıstanın Karaqanda vilayətində 14 yük vaqonu relsdən çıxıb.
Bu barədə Qazaxıstan Dəmir Yolları xəbər verir.
Qəza noyabrın 17-də saat 06:15-də (Bakı vaxtı ilə 04:15 – red.) baş verib.
İlkin məlumata görə, qəza özəl şirkətlərə məxsus vaqonların nasazlığı səbəbindən baş verib.
Hadisə ilə əlaqədar araşdırma aparılır.