Türkiyənin Adana şəhərində zəlzələdən sonra qəzalı vəziyyətə düşən minarənin uçurdulması zamanı insident yaşanıb.
Belə ki, ehtiyat tədbirlərinə tam dəqiqliklə əməl edilmədiyindən minarə 3 mərtəbəli evə tərəf aşaraq mənzillərin eyvanlarına ciddi zərər yetirib.
Xoşbəxtlikdən hadisə nəticəsində heç kim xəsarət almayıb.
Qeyd edək ki, Türkiyədə baş vermiş dağıdıcı zəlzələlər nəticəsində Adana şəhərindəki məscidlərin minarələri zədələnib.