Türkiyənin Edirne şəhərinin İpsala rayonunda güclü qasırğa baş verib.
Məlumata görə, qasırğa nəticəsində yük maşını İpsala Gömrük Qapısına gedən yolda aşıb. Bundan başqa qasırğa evlərin damlarını uçurub, həmçinin elektrik naqillərini qoparıb, ağacları aşırıb.
Qeyd edək ki, ərazidə yanğınsöndürmə qrupları iş aparır.