Güclü külək və dolu səbəbindən İtaliyanın Veneto bölgəsində fövqəladə vəziyyət elan edilib.
Məlumata görə, Santo Stefano di Kadore kommunasında onlarla ev dağılıb, insanlar təxliyə edilib. Bəzi ərazilərdə elektrik enerjisi və rabitə xətlərində fasilələr yaranıb.