Sionist rejimin vəzifədən uzaqlaşdırılmış müharibə naziri Qəzzədə israilli girovların geri qaytarılmamasını NK və Tel Əviv üçün böyük bir rüsvayçılıq olduğunu deyib.
İRNA-nın məlumatına əsasən, Yoav Qllant bu gün (7 noyabr) girov ailələri ilə görüşündə deyib: Həmasın götürdüyü israilli girovların azadlığı üzrə razılığın olmaması üçün heç bir əsaslı dəlil yoxdur və bunun üçün bütün şərait mövcuddur.
Yoav Qallant Həmas lideri Yəhya Sinvarın girovların azadlığı müqaviləsinə əsasən Qəzzədən çıxmamasını qeyd edərək deyib: Əlbəttə, girovların azad edilməməsi Tel Əviv üçün böyük rüsvayçılığa səbəb oldu.
Filadelfiya məsələsinə xüsusi diqqətlə yanaşan Qallant deyib ki, İsrail hərbçilərinin Səlahəddində qalması üçün heç bir zərurət yoxdur.
Qeyd edək ki, dünən İsrailin baş naziri Benyamin Netanyahu müharibə naziri Yoav Qllantı vəzifəsindən kənarlaşdıraraq deyib ki, mən müharibə nazirimi dəyişmək qərarına gəldim və Yesrail Katzı onun yerinə təyin etdim.