Hindistanda qadın altı yaşlı oğlunu timsahlara atdığı üçün nəzarətə götürülüb.
Qeyd olunur ki, hadisə Karnataka ştatında baş verib. Polisdən verilən məlumata görə, axşam saatlarında 32 yaşlı qadın və onun 36 yaşlı əri ortaq övladları üstündə mübahisə ediblər. Münaqişə yerli sakinin oğlunu kanala atması ilə başa çatıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasedicilər yalnız səhər açılandan sonra oğlanın axtarışlarına başlaya biliblər. Uşaq timsahın ağzında tapılıb. Heyvan uşağın sağ əlini qismən dişləyib.
Nəticədə məhkəmə oğlanın valideynlərini iki həftə müddətinə nəzarətə götürüb. Eyni zamanda qadın hər şeyi ərinin üzərinə atıb. Onun sözlərinə görə, əri eşitmə və nitq problemlərindən əziyyət çəkən xəstə oğlunu öldürmək istəyib.