Mart ayının 7-də Laçın rayon sakini Tutu İbrahimovanın qaçırılması ilə bağlı Laçın Rayon Polis Şöbəsinə müraciət daxil olub.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun məlumatına görə, müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində T.İbrahimovanın olduğu yer müəyyən edilərək tapılıb və o, Polis Şöbəsinə gətirilib.
Fakt üzrə Laçın RPŞ-də cinayət işi başlanılıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Qeyd edək ki, Ağcabədi rayon Taxta Körpü qəsəbəsində məskunlaşan İbrahimova Tutu İdris qızı 7-i mart 2022-ci il tarixində öz şəxsi avtomobili ilə işlədiyi Ağcabədi “ASAN Xidmət” Mərkəzindən işdən çıxıb evə gedərkən, onun qarşısını kəsən şəxs və ya şəxslər qaçırıb.
T. İbrahimovanın anası Sahibə İbrahimovaAPA -nın yerli bürosuna açıqlamsında bildirib ki, onların şübhələrinə görə övladlarını yaxın qohumluq əlaqələri olan Qeys Cabbarov adlı şəxs qaçırıb.
Qızın anası onu da bildirib ki, T. İbrahimovanı qaçıran şəxs onun avtomobilini vurub əzdikdən sonra qaçırıb.