Washington Post qəzeti İsrail baş nazirinin Filadelfiya dəhlizinin işğalına israrı ilə Amerikanın yeni plan təqdim edəcəyindən xəbər verib.
Əl Aləm telekanalının məlumatına əsasən, Washington Post bügünkü (4 sentyabr) sayında yazıb: Prezident Co Bayden və müavini Kamala Harris ötən bazar ertəsi günü Qəzzədə atəşkəs və girov mübadiləsi zəminində müzakirələr aparıb və yeni saziş planı ehtimal üzrə gələn həftə İsrail və Həmasa təqdim olunacaq.
Bundan əvvəl də ABŞ BMT TŞ qətnaməsinə əsasən, belə bir plan təqdim etsə də Netanyahu bunu qəbul etməmişdi.
Digər bir məlumata görə Həmas rəsmisi Üsamə Həmadan bu xəbərə öz reaksiyasını elan edərək deyib: Amerika hakimiyyətinin Qəzza zolağında münaqişənin həlli üçün yeni plan təqdim etmək niyyəti müharibənin bitməsinə kömək etməyəcək.
1 şərh
Muchas gracias. ?Como puedo iniciar sesion?