UNRWA rəsmisi Həmasa qarşı ittihamların əksinə olaraq, qrupun Qəzzaya yardımın çatdırılmasında gecikdirilməsində heç bir rolu olmadığnı vurğulayıb.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Filip Lazarini dünən axşam (28 yanvar) deyib: Hal-hazırda ötən 15 ayda Qəzzəyə çatdırılan humanitar yardımlarla müqayisədə görmədiyimiz faktlarla qarşı-qarşıyayıq. Amma bununla belə Həmasa tuşlanan bəzi ittihamlar narahatedicidir. Çünki Qəzzəyə humanitar yardımların çatdırılmasında baş verən gecikmələrdə Həmasın heç bir rolu yoxdur.
Lazarini əlavə edib: UNRWA-nın fəaliyyəti Qəzzədə dayandırılarsa, fələstinlilərin acınacaqlı vəziyyəti olduğu kimi qalacaq. Elə bu səbəbdən də UNRWA yaşamaqda israrlıdır və yardımlarına davam edəcək.