Qəzzənin mərkəzində evsiz qaçqınların yerləşdiyi məscidin bombalanması nəticəsində onlarla insan şəhid olub və yaralanıb.
Qəzzənin mərkəzində qaçqınların məskunlaşdığı, Şuhada əl-Əqsa xəstəxanasının yaxınlığındakı Deyr əl-Bələh şəhərində məscidin bombalanması nəticəsində indiyədək 18 nəfər şəhid olub.
Onlarla insan yaralanıb və bir çoxu hələ də dağıntılar altında qalıb, jurnalistlərin sözlərinə görə, qışqırıq və fəryad səsi bir an belə dayanmır və xilasedicilər hələ də sağ olanları xəstəxanaya çatdırmağa çalışırlar.
Əl-Əqsa Şəhidləri Xəstəxanasının sözçüsü Xəlil Daqran jurnalistlərə açıqlamasında uşaqların cəsədlərinin başları bədənlərində olmadan bu xəstəxanaya köçürüldüyünü deyib.
Bu cinayətin görüntüləri o qədər acınacaqlıdır ki, heç bir şəkildə dərc edilə bilməz.
Nisbi sülh dövründən sonra Qəzza zolağı növbəti dəfə işğalçı ordunun ağır bombardmanının şahidi olur. Fələstin mətbuatının məlumatına görə, dünən gecədən bəri Qəzzənin şimalında 60-dan çox hava hücumu təşkil edilib və nəticədə 30 şəhid və 150 yaralı var.
Qafqaztimes / Al-alam