Fələstin dini işlər üzrə qurumu və Vəqflər Naziriliyi ötən il sionist rejimin hücumlarında 966 məscidin viran qaldığından xəbər verib.
İRNA-nın bugünkü (6 yanvar) məlumatına görə, Fələstin dini işlər üzrə qurumu və Vəqflər Naziriliyi elan edib: 2024-cü ilin əvvəlindən Qəzzə zolağında sionist bombardmanları və quru hücumları nəticəsində 815 məscid tamamilə dağılıb və 151 məscid bəzi dağıntılara məruz qalıb, 19 qəbristanlıq tamamilə məhv edilib və 3 kilsə darmadağın olub.
16 aydır ki, sionsit rejim Qəzzə zolağında intensiv olaraq bombardmanlar edir və bu təcavüzkarlıq nəticəsində 45 mindən çox fələstinli həlak olub. bununla belə İsrail bu 16 ay ərzində hələ də qarşıya qoyduğu məqsədlərə çatmadığını etiraf edir.