Meksikada qəzəbli sərnişin hava limanında aviaşirkət işçilərinə hücum edib.
Sərnişin dəfələrlə işçiləri vuraraq kompüterləri yerə atıb.
Bununla da kifayətlənməyən qəzəbli sərnişin çamadanını piştaxtanın üstünə ataraq ətrafdakılara qışqırmağa başlayıb .
Hadisəyə müdaxilə edən təhlükəsizlik işçiləri sərnişini ərazidən uzaqlaşdırmağa nail olublar.
Sərnişinin işçilərə hücum səbəbi məlum deyil, şahidlərin bildirdiyinə görə təyyarəni buraxan qadın sərxoş vəziyyətdə olub.
Məlumata görə, qadın saxlanıldıqdan qısa müddət sonra sərbəst buraxılıb.