Qətər xarici işlər naziri bəyanat yayaraq sionist rejim vergi nazirinin Fələstinin Həvvarə kəndinin yerlə-yeksan olunması təklifini pisləyib.
Əl-Aləm telekanalının məlumatına əsasən, Qətər XİN-i Həvvarə kəndinin dağıdılmasını ən təhlükəli müharibə cinayəti olduğunu elan edərək deyib: Sionist rejim nazirlər kabinetinin nifrətoyadıcı radikal layihəsi Fələstin xalqı əleyhinə siyasətləri ilə yanaşı islam və xristianlığın müqəddəs məkanlara qarşı məqsədyönlü hörmətsizliyi kimi qəbul edilir.
Bəyanatda həmçinin Fələstin xalqı, onların təbii hüquqları, 1967-ci ildən paytaxtı Qüds olmaqla müstəqil Fələstin ölkəsini dəstəklədikləri elan edilir.
Maraqlısı budur ki, Səudiyyə Ərəbistanı XİN-i də bu xüsusda bəyanat yayaraq sionist nazirin məsuliyyətsiz irqçi rəftarlarının Fələstin xalqına qarşı ifratçı kobudluqları pisləyərək beynəlxalq cəmiyyətləri Fələstin xalqına dəstək olmağa çağırıb.
Qeyd edək ki, sionist rejimin vergi naziri Bizalil Smutriç açıq-aşkar Fələstinin Həvvarə kəndinin yerlə-yeksan olunmasını təklif edib və yerli və beynəlxalq təzyiqlərə baxmayaraq bu təklifinə görə üzrxahlıq belə etmək niyyətində deyil.