Qətər xarici işlər nazirliyi bu gün (23 noyabr) bəyanat yayaraq elan edib: Qəzzədə müvəqqəti atəşkəs sabah səhər saat 7:00-dan başlayacaq.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Qətərin XİN sözçüsü deyib: Qəzzə müharibəsi tərəfləri ilə müzakirələrimiz başa çatdı və azadlığa çıxacaq girovların siyahısı təqdim edildi. 13 nəfər qadın və uşaqlardan ibarət ilk girovlar noyabrın 24-ü cümə günü saat 16:00 da baş tutacaq.
Qətər XİN sözçüsü həmçinin müvəqqəti atəşkəs rejiminin daimi atəşkəs və sülhün müqəddiməsi olacağına ümidvarlığını bildirib.
