İnformasiya qaynaqları Qətər əmiri ilə Belçika baş nazirinin Dohada Qəzzə müharbəsinin müzakirəsindən xəbər veririlər.
İRNA-nın məlumatına əsasən, dünən (16 mart) Aleksander De Kroo Şeyx Təmin Bin Həməd Ali Sani ilə Losiel sarayında görüşdə Qəzzə müharibəsini müzakirə ediblər.
Bu görüşdə müharibənin gedişatı, regiona olan mənfi təsirləri, humanitar yardımların çatdırılması, atəşkəs rejiminin başlanması, həmçinin iki ölkə (Qətər-Belçika) arasında diplomatik münasibətlərin genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, Qətər sionist rejimin Qəzza zolağında jurnalistlərə qarşı törətdiyi cinayətlərin müstəqil və təcili araşdırılmasını tələb edir. Qətərin BMT İnsan Haqları Şurasındakı nümayəndəsi Qəzza zolağında jurnalistlərin müdafiəsinin vacibliyini vurğulayır və bu sahədə dərhal və müstəqil araşdırma aparmağa, bu cinayətlərə görə sionist rejimin cavab verməsi və cəzalandırılmasının zəruri olduğunu elan edib.