Sionist qəsəbə sakinləri bu gün səhər tezdən (18 may) polislərin dəstəyi ilə Məscidül Əqsaya hücum ediblər.
Əl Aləm telekanalının məlumatına əsasən, sionist rejimin Bayraq Yürüşü günü qəsəbə sakinləri Məscidül Əqsanın səhnlərinə axışıblar.
Yerli qaynaqların məlumatına görə Knessetin keçmiş üzvü Yəhuda Qlik də bu dəstələrlə birlikdə olub.
Sionist rejimin 3 minlik polis qüvvələri bütün Qüdsdə fələstinlilərin reaksiyasının qarşısını almaq üçün ciddi təhlükəsizlik tədbirləri görüblər.
İbri təqvimində Bayraq Yürüşü şərqi Qüdsün işğalı günü təşkil olunur. 1967-ci ildə saxtakar rejim şərqi Qüdsü işğal etdikdən sonra “Yerusəlim Günü” adı altında İsrail bayraq günü adlandırıblar.