İraq parlament sədrinin müavini şəhid edilmiş qələbə komandanlarının haqqında cinayət işinin başa çatdığından xəbər verib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Mohsen Əl-Məndəlavi yüksək rütbəli iranlı heyətlə görüşündə deyib: Şəhid general Qasim Süleymani və Əbu Məhdi Mühəndisin terroru haqqında açılmış cinayət işinin istintaq mərhələsi başa çatıb və bu terror amilləri cəzalandırılacaq.
Mohsen Əl-Məndəlavi İranın İŞİD-la mübarizədə İraqa dəstəkləri və rəsmi Bağdada mənəvi himayədarlığına görə təşəkkürünü bildirərək vurğulayıb: Terrorizmlə mübarizə zəmininə İranla İraq arasında iqtisadi, parlament, siyasi və ədliyyə əməkdaşlıqları daha da gücləndirilməlidir.
İranlı heyətlə görüşdə həmçinin Mohsen Əl-Məndəlavi İran-İraq iqtisadi dostluq komitələrinin fəaliyyətə başlamasını da vurğulayaraq beynəlxalq səviyyədə imzalanmış memorandumların icrası məsələlərinin həll olunacağını qeyd edib.
Xatırladaq ki, İran Ədliyyə sistemi beynəlxalq əlaqələr və insan hüquqları şöbəsinin müavininin başçılığı ilə iranlı heyət dünən (31 yanvar) Bağdada səfər edib.