Marvel qəhrəmanı “Red Skull”a bənzəmək üçün bədəninin bir çox yerinə tatu vurduran və burnunu kəsib başına buynuz taxdıran Henri Rodriqez prosesin sonunda tanınmaz hala düşüb.
Henri uşaqlıqdan gülməli filmlərə böyük marağı olduğunu, bu səbəbdən istədiyi kimi yaşamağa başladığını və pərəstişkarı olduğu Red Skull personajına bənzəmək üçün əlindən gələni etdiyini bildirib.
ABŞ-da yaşayan venesuelalı Henri Rodriqezin bu əməliyyatlar üçün indiyə qədər 40 min dollar xərcləyib.
Henri etdiyi prosedurlardan sonra çəkdirdiyi bütün şəkilləri sosial media hesabında izləyiciləri ilə paylaşıb. Nəhayət dilini ortasından kəsərək çəngəl şəklinə salan Henri üzünün müalicəsini davam etdirəcəyini bildirib.