QafqazTimes xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Rusiyanın ev sahibliyi ilə Ermənistanın baş naziri və Azərbaycan Respublikasının prezidenti ilə birgə üçtərəfli görüşün keçirilməsini təklif edib.
“Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (CICA) üzv ölkələrin sammitinə” ev sahibliyi edən Qazaxıstan KİV-ləri xəbər veriblər ki, Rusiya prezidenti Fransa prezidentinin Ermənistanla Azərbaycan Respublikası arasında yaranmış gərginliklə bağlı Rusiyaya qarşı son sözlərini təkzib etməklə yanaşı, Bakı və İrəvan liderlərini Rusiyaya dəvət edib.
Ermənistanın “Armen Press” saytının məlumatına görə, Ermənistanın baş naziri Nikol Paşinyanın və Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən görüşdə Rusiya prezidenti Vladimir Putin çıxış edib.
O, Rusiya, Ermənistan və Azərbaycan Respublikası rəhbərlərinin üçtərəfli görüşünün keçirilməsi üçün Paşinyan və Əliyevi Rusiyaya səfərə dəvət edib.
Putin deyib: “Mən Azərbaycan prezidentini və Ermənistanın baş nazirini (üçtərəfli görüş üçün Rusiyaya səfərə) dəvət etməkdən məmnunam. Onun tarixini razılaşdırmalıyıq. Bildiyimə görə, istər Soçidə, istər Sankt-Peterburqda, istərsə də Moskvada istənilən vaxt və ya hər yerdə Rusiyaya səfər etməyə maraq var. Sizinlə danışıb bu barədə qərar verəcəyik.”
Rusiya prezidenti Fransa prezidenti Emmanuel Makronun Ermənistanla Azərbaycan Respublikası arasında son zamanlar sərhəddə yaranmış gərginlikdə Rusiyanın rolu ilə bağlı söylədiyi son sözlərə də cavab verib.
Makron daha əvvəl iddia etmişdi ki, Rusiya Ermənistan və Azərbaycan Respublikası arasında son gərginlik və münaqişələrin səbəbkarıdır.
Rusiya prezidenti Emmanuel Makronun ittihamını rədd edərək, Fransa prezidentinin sözlərinin yalan və qəbuledilməz olduğunu açıqlayıb.
Putin sözünə belə davam edib: “Əlbəttə, biz hər kəsin vasitəçilik səylərini alqışlayırıq, ancaq bu şərtlə ki, vəziyyətin sakitləşməsi və münaqişənin bütün tərəflərinin maraqlarına uyğun olsun. Bu məsələ digər tərəfdaşların, o cümlədən ABŞ və ya Avropanın vasitəçiliyinə də şamildir.”