Qafqaztimes.com Ria.ru-ya istinadən xəbər verir: Kaş ölkədən qaçan prezidentlər öz yarıtmazlıqlarından xəcalət çəkəydilər. Amma nəinki xəcalət çəkmirlər, hətta qaçanda büdcəni talayıb aparırlar!
Əfqanıstanın Tacikistandakı səfiri Zahir Əkbər iddia edir ki, sabiq amerikayönlü prezident Əşrəf Qəni ölkədən qaçanda büdcədən 169 mln dollar oğurlayıb qaçıb. Səfir Düşənbədə mətbuat konfransında belə açıqlama verib. Səfir əlavə edib ki, vitse-prezident Əmrullah Salehi Əfqanıstanın başçısı kimi tanıyır. Konstitusiyaya əsasən, prezident öz səlahiyyətlərini yerinə yetirə bilməyəndə onu vitse-prezident əvəz edir.