Dövlətin kənd təsərrüfatına kifayət qədər dəstəyinə etiraz edən çex fermerlər radikal addımlar atmaq qərarına gəliblər. Onlar Praqada Edvard Benes sahilinə peyin səpiblər ki, bu da bir sıra problemlər yaradıb. Çexiya polisi hadisə ilə bağlı sosial şəbəkələrdə məlumat paylaşıb.
“Fermerlər Edvard Benes sahilinə peyin səpiblər ki, bu da ictimai nəqliyyatın hərəkətində çətinliklər yaradıb. Vəziyyət şəxsi avtomobillərə də təsir edib”, – deyə hüquq-mühafizə orqanları məlumat yayıb.
Artıq polis əməkdaşları hadisənin nəticələrini aradan qaldırmağa başlayıb və sürücüləri başqa marşrutlar seçməyə çağırıb.
Qeyd edək ki, polis aksiya yerinə peyin gətirən sürücünü saxlayıb.