Polşada uşaq evinə hücum edilib.
Nəticədə 16 yaşlı qız qətlə yetirilib, daha 5 uşaq isə bıçaqlanıb.
Bu barədə yerli polis nümayəndəsi Aneta Soberay məlumat verib.
Hadisə Lodzi yaxınlığındakı Tomislavisa şəhərində baş verib.
Müəyyən edilib ki, hücum edən şəxs bıçaqla silahlanmış 19 yaşlı gənc olub. O, müəssisəyə soxularaq on uşağı yaralayıb. Hazırda uşaqların həyatı təhlükədə deyil.
Hücum edən şəxs həbs olunub. Faktla bağlı araşdırma aparılır.