Amerikanın “Politico” jurnalı Həmas tunellərinin hələ 65%-nin istifadə edildyindən xəbər verib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Politico yazır: ABŞ rəsmiləri Həmasın son aylarda minlərlə yeni üzv qəbul etdiyi qənaətindədirlər. Bayden administrasiyasının rəsmiləri HƏMAS-ın son aylarda və müharibə zamanı minlərlə yeni qüvvə cəlbindən son dərəcə narahatdırlar.
Politiconun məlumatına görə Netanyahunun Həması tamamilə məhv etmək barədə iddialarına rəğmən, ABŞ statistik tədqiqatı bu hədəfin reallaşmasının imkansız olduğunu göstərir.
Qeyd edək ki, Qəzzə müharibəsindən 8 ay keçməsinə baxmayaraq sionist rejim hələ də heç bir məqsədinə çatmayıb və Həmasın tamamilə məhvi və sionist girovların azad edilməsi arzusunda nakam qalıb.