Xaçmazda DYP əməkdaşı yol qaydalarını kobud şəkildə pozan avtoxuliqanı saxlayaraq, nəqliyyat vasitəsini cərimə meydançasına aparıb.
Araşdırma zamanı məlum olub ki, avtoxuliqan polis əməkdaşının oğludur. Oğlunun avtomobilini cərimə meydançasından aparmağa gələn DİN rəsmisi gözlənilmədən dövlətin ona etibar etdiyi vəzifəni vicdanla yerinə yetirən DYP əməkdaşı ilə üzləşib.
Oğlunu “təmizə çıxarmaq üçün” öz həmkarını, “tərbiyəsiz”, “işverən” kimi sözlərlə təhqir edən edən polis ata yol polisini əməkdaşını “razı sala” bilməyib.
Videonu təqdim edirik: