Polisin olduğu xidməti avtomovilı Kür çayına düşüb, bir nəfərin meyiti tapılıb.
Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində batan 1997-ci il təvəllüdlü Məmmədov Kamran Azər oğlunun axtarışları başa çatıb.
Rakurs.TV-nin Fövqəladə Hallar Nazirlyinin saytına istinadən verdiyi xəbərə görə, Kamran Məmmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.