Peruda etirazlar zamanı ölənlərin sayı 23 nəfərə çatıb. Ölkədə siyası böhran fonunda kütləvi nümayişlər səngimək bilmir.
Xatırladaq ki, Peru Respublikasının Konqresi dekabrın əvvəlində prezident Pedro Kastilonun impiçmentini elan edib. Hətta parlamentin buraxılması və komendant saatının tətbiqi də dövlət başçısına kömək etməyib.
Tezliklə prezident deputatların tərəfinə keçən polis tərəfindən saxlanılıb. Ölkədə ilk dəfə qadın dövlət başçısı kimi vitse-prezident Dina Boluarte and içib.
Bundan sonra Peruda kütləvi etirazlar başlayıb. Hökuməti 30 günlük fövqəladə vəziyyət tətbiq edib.
Qeyd edək ki, növbəti prezident seçkiləri 2024-cü ilə təyin edilib.