Sovet İttifaqında əhəmiyyətli ixtiralardan sayılan bu hasarları Bakıda da görmüsünüz. Sovet arxitektoru Boris Laxmanın ixtirası olan bu hasarları niyə kvadratlara bölünüb?
II Dünya müharibəsindən sonra SSRİ-də kütləvi tikinti işləri aparılır, müharibədə dağıdılan şəhərlərin bərpası da bu istiqamətdə fəaliyyəti daha da sürətləndirirdi. 1960-cı illərdə isə tikinti sənayesi inkişafının əsas dövrünə başladı. Boris Laxman da məhz bu illərdə Moskva Dövlət Tikinti Universitetini bitirmiş, ardınca təhsil aldığı sahə üzrə işləməyə başlamışdı.
Yeniliyə meylli gənc mühəndis bir neçə ixtira üzərində çalışsa da, məhz dəmir-beton hasar Sovet İttifaqının böyük marağına səbəb olur və tez bir vaxtda istifayə buraxılır.
Bəs “Laxman hasarları”nı digərlərindən fərqləndirən nə idi?
“Laxman hasarları” strateji obyektlərdə (hərbi hissələr, cəzaçəkmə müəssisələri, zavodlar və s.) geniş istifadə olunmağa başlanır. Bu hasarlar həmin obyektlərdə baş verən proseslərin təkcə kənardan görünməsinə mane olmur, eyni zamanda, səsin də çölə çıxmasına imkan vermir. Eləcə də, əks tərəfdən səsin obyektə daxil olmasına imkan vermir (səsyazma studiyalarının divarlarında bu formada xüsusi materiallardan istifadə olunur). Hasarın üzərindəki kvadratlar məhz buna xidmət edir. Üstəlik, həmin kvadratlar yağış zamanı hasarın yuyulmasını asanlaşdırır və əlavə vaxt itkisinə səbəb olmur.
Qeyd olunur ki, bu divarlar həm də güllə və kiçik çaplı mərmilərə davamlıdır.
Bu ixtiraya görə SSRİ rəhbərliyi B.Laxmanı bürünc medala və 50 rubl mükafata layiq bilir. B.Laxman artıq tanınmış simaya çevrilir. Lakin o, 1981-ci ildə SSRİ-ni tərk edir və Nyu-York şəhərinə köçür.
B.Laxmanı Sovet İttifaqından köçməyə vadar edən səbəblər nə idi?
B.Laxman təkcə dəmirbeton hasarları deyil, daha bir neçə elmi işləri olduğunu, fərqli ixtiralara imza atacağını deyir. Lakin onun bu işləri hökümət dairələrində isti qarşılanmır. Laxman ilə hökümət arasında narazılığın artıq əsası qoyulmuşdu.
İkinci səbəbi B.Laxman ABŞ-a köçdükdən sonra açıqlayır. 37 yaşında Nyu-Yorka köçən Laxman onun ixtirasının (dəmirbeton hasarlar) hərbi obyektlərdə və cəzaçəkmə müəssisələrində istifadə olunmasını neqativ hal kimi qəbul edir.
Üçünücü səbəb isə, ABŞ-da onu gözləyən azad həyat və böyül maliyyə gözləntisi idi.
Boris Laxman Amerikaya böyük ümidlərlə getsə də, onun sonrakı elmi işləri, ixtiraları məşhurlaşmır və onun adı tarixdə məhz “Laxman hasarları” – dəmirbeton hasarların ixtiraçısı kimi qalıb.