Pakistan xarici işlər nazirinin Səudiyyə Ərəbistanı səfirini qəbul edərkən etdiyi hərəkətlər səudiyyəliləri hiddətləndirib.
Belə ki, Şah Mahmud Qureyşi həm bədən dili ilə, həm də söhbət zamanı Səudiyyə Ərəbistanı Krallığının səfiri Nəvaf bin Səid əl-Malikinin sözünü yarımçıq kəsərək özü danışması ilə diplomatik qalmaqala səbəb olub.
Analitiklər bunun əsas səbəbi kimi, Səud krallığının İsraillə olan isti münasibətləri və müsəlman ölkələrdə iğtişaşlar törədən qrupları maliyyələşdirməsini qeyd edirlər.
Xatırladaq ki, Pakistanın baş naziri də bir müddət öncə Səudiyyə vəliahdi Muhamməd bin Salmana qarşı nümayişkarənə şəkildə saymazyana hərəkət etmişdi.