Pakistanın Pişavər şəhərinin məscidində baş vermiş terror aktında şəhid olanların sayı 28-ə çatdı.
Əl-Aləm telekanalının məlumatına əsasən, bu gün məsciddə namaz qılanların arasında olan terrorist özü ilə birlikdə 28 nəfərin həyatına son qoyub və 150 nəfəri ilə yaralayıb.
Pakistan daxili işlər nazirliyinin rəsmi məlumatına görə hadisə bu gün (30 yanvar) günorta namazı zamanı baş verib. Özünə bomba bağlamış bir nəfər camaat namazı qılınan məsciddə ilk sırada dayanıb.
Məlumatda deyilir: Bu hadisədə hələlik 28 nəfər insan həyatını itirib. Amma daha 15 nəfərin vəziyyəti ağırdır.
Pişavər mərkəzi xəstəxanasının sözçüsü deyib: Bu hadisədə 150 nəfər yaralanıb və onların 20 nəfəri polisdir.. Təəssüf ki, məscid polis məntəqəsinə yaxın olduğu üçün namaz qılanların əksəriyyəti polis əməkdaşı olub.
Xatırladaq ki, bu gün (30 yanvar) Pakistanın Pişavər şəhəri Xeybər Pəxtunxah əyalətində, polis məntəqəsinin yaxınlığında yerləşən məsciddə günorta namazında bir kamikadze özünə bağladığı bombanı partladıb. Bu hadisədə 28 nəfər həlak olub, 150 nəfər yaralanıb. Qeyd edək ki, bu məscid Pakistanın ədliyyə müəssisələri, polis idarələri və dövlət qurumları olan bir məntəqədə yerləşir.