Kazanda bir nəfər hündürmərtəbəli binanın pəncərəsindən özünü atıb.
Faciə Baki Urmançe küçəsində baş verib.
31 yaşlı kişi 21-ci mərtəbənin pəncərəsindən yıxılıb və çıxıntıya dəyərək, 54 yaşlı yoldan keçən şəxsin üzərinə düşüb və onun döş fəqərəsini sındırıb.
Zərərçəkən ölüb, yoldan keçən şəxs isə xəstəxanaya yerləşdirilib.
Polis hadisə ilə bağlı araşdırma aparır.