Qafqaztimes.com Alalam-a istinadən xəbər verir: İşğalçı İsrail həbsxanasında saxlanılan Miqdad Əlqvasiminin 113 gün aclıq aksiyasından sonra sionist rejim geri çəkilib. Rejim məsulları ona fevral ayında azad ediləcəyini vəd edəndən sonra aclıq aksiyasını dayandırıb.
Fələstinli əsirin anası deyib: Miqdadın sağlamlıq durumu çox ağırdır. Orqanizmi sümüklərindən qidalanır, yuxusuzluqdan əziyyət çəkir. Dözülməz sümük ağrıları olan Miqdadla heç bir beynəlxalq təşkilat maraqlanmayıb. O nəinki ayağa qalxa bilmir, hətta danışmağa çətinlik çəkir. Sionist rejim oğluma qarşı böyük ədalətsiz edib. Miqdad 10 il həbsdən sonra azad edilmiş bibisi oğlu ilə görüşdüyü üçün həbs edilib. Bütün ittihamlar saxtadır.