Həvəskar futbol liqasında keçirilən futbol matçından sonra hər iki komandanın oyunçuları bir-biri ilə dava etməyə başlayıb.
Söz atmaq ilə başlayan mübahisə, sonda əlbəəyaxa davaya çevrilib.
Azarkeşlrin də qoşulması ilə böyüyən dava-dalaşı yatırmağa gücü çatmayan mühafizəçilər polisdən yardım istəyib və hadisə yerinə əlavə polis qüvvələri göndərilib.