QafqazTimes.com AiF-ə istinadən xəbər verir: Nikaraquada diktator Somosa rejimini devirmiş, dünyanın tanınmış inqilabçıları sırasında yer tutan 76 yaşlı Daniel Orteqa Ukrayna ətrafında gərginliyə münasinbət bildirib.
Nikaraquanın 33-cü prezidenti deyib: Rusiya prezidenti Vladimir Putinin Donetsk və Luqanskın müstəqilliyini tanıması ciddi konfliktdən qaçmağa kömək edir. Hazırda Rusiyanı qıcıqlandırmaq üçün Kiyevdən istifadə edilir. Ukrayna özü isə NATO-ya daxil olmağa çalışır. Rusiya düzgün qərar çıxarıb, Moskva özünü müdafiə edir. Donetsk və Luqanskın tanınması əhalinin təhlükəsizliyini təmin edir. Donetsk və Luqanskın əhalisi rusdur və NATO, Aİ, ABŞ-ın əmrinə tabe deyil.
Daniel Orteqa Rusiyanın vitse-baş naziri Yuri Borisovla görüşdə Avropanın Rusiyaya qarşı aqressiyasını pisləyib.